
Suriyada hökümət əleyhinə vuruşan silahlıların suriyalıları qətlə yetirən bir iranlının vəsiqəsini dünyaya nümayiş etdirməsi həmin bu iddiaların yalan olmasını ortaya çıxarıb. Belə ki, nümayiş etdirilən vəsiqənin 2006-cı ildə təyyarə qəzası zamanı həlak olan Hacı Əhməd Kazımiyə aid olduğunu müəyyənləşib. Həmin vəsiqə isə ona İran-İraq müharibəsi ərəfəsində İİKK-ə yeni qoşulan zaman verilibmiş. 2006-cı ildə Urmiyə gölü yaxınlığına təyyarə qəzası zamanı həlak olarkən isə Əhməd Kazımi artıq İİKK-də briqada generalı idi.