1 Aprel, 2012
Bəşər Əsədi devirdikdən sonra mübarizəmiz islamçılarladır

Dünyaya islamçı qüvvələr kimi təqdim olunan Suriyada Bəşər Əsəd hökümətinə qarşı vuruşan "Azad Suriya ordusu"na rəhbərlik edən "Suriya Milli Şurası"nın generalı Mustafa əş-Şeyx Bəşəri devirdikdən sonra islamçılarla mübarizə aparacaqlarını açıqlayıb.

"əl-Həyat" qəzeti Türkiyənin cənubunda Hatay əyalətində Suriya hökümətinə qarşı fəaliyyət göstərən Mustafa əş-Şeyxin "Azad Suriya ordusu"nun rəhbəri polkovnik Riyad əl-Əsədlə görüşdüyünü və görüş zamanı silahlı mübarizənin gələcək planları barədə fikir mübadiləsi aparıldığını bildirir.

Məlumata görə, Riyad əl-Əsəd hökümətə qarşı vuruşanlara silah ötürmədə problemlərin olmadığını amma müxalifətin eyni cəbhədən çıxış etmədiyinin çətinliklər yaratdığını bildirib.

Mustafa əş-Şeyx isə müxalifətin Bəşər Əsəd devrildikdən sonra vahid planın olmamasına və hökümətin islamçıların əlinə keçməsi ehtimalına görə Qərbin lazımi dəstək vermədiyini bildirərək söyləyib ki, Bəşər Əsədi devirdikdən sonra davamız islamçılarla olacaq.

israhaber.com

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-974.html