1 Aprel, 2012
Pakistanın məzlum şiələri

Srağagün altı şiənin vahhabilər tərəfindən terror edilərə şəhid edilməsinə etiraz edən şiələr bu dəfə Pakistan polisi tərəfindən qətlə yetiriliblər.

Məlumata görə, Küveytə vilayətində etiraz aksiyası keçirən şiələr polisin hücumuna məruz qalıblar. Polislərin aksiya iştirakçılarına açdıqları atəş nəticəsində 10 yaşlı Mübarək Şah və 14 yaşlı Nazir Hüseyn şəhid olmuş, altı nəfər isə yaralanmışdır. Bundan başqa 35 nəfər aksiya iştirakçısı da həbs edilmişdir.

Xatırladaq ki, keçən il Pakistanda 291 nəfər, cari ildə isə 50 nəfərdən artıq şiə məhz şiə olduqlarına görə qətlə yetiriliblər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-972.html