
Bəhreyn inqilabçılarını mərkəzi təşkilatı "Bəhreyn 14 Fevral Koalisiyası"nın bu gün yaydığı məlumata görə, Bəhreyn şəhidlərinin sayı 81 nəfər deyil, 82 nəfərdir.
Belə ki, 70 yaşlı Hacı Hüseyn Macid Həsən əl-Macid adlı bəhreynli fevral ayının 8-də Ali Xəlifə polisinin istifadə etdiyi zəhərli qazlardan zəhərlənərək xəstəxanaya yerləşdirilimiş və mart ayının 20-də həyatını itirmişdir. Onun şəhadət xəbəri doğma Dimistan məntəqəsində məlum olsa da ictimaiyyətə iki gün öncə məlum olub.