
Bu il ölkənin 40 əhəmiyyətli turizm regionunda 152 restora müsəlman turistlərə xüsusi endirimlə müxtəlif halal yeməklər təqdim ediləcək.
Ahliveyt.az-ın İqna-ya istinadən məlumatına görə, sentyabı ayının1-dən etibarən Cənubi Koreya restoranlarında "Halal Qida Məhsulları" festivalı başlayır.
Cənubi Koreyada son illər müsəlman ölkələrin turistlərini cəzb etmək və müsəlman turistlərin halal qida problemlərini azaltmaq üçün "Halal qida" məshulları sahəsində önəmli proqramlar icra edilib.
"Halal Qida Məhsulları" festivalı da hər il bu ölkənin Turizm Nazirliyinin təşəbbüsü ilə həmin proqramlar çərçivəsində keçirilir.
Bu məqsədlə Turizm Nazirliyinin Malaziya, Türkiyə, Qazaxıstan, BƏƏ, Hindistan və İndoneziya ölkələrindəki ofisləri müsəlman turistlərə öncədən endirim kuponları təqdim edir.
Qeyd edək ki, bu festival Sentyabr ayının 1-dən başlayır və iki ay davam edəcək.