
İraq xəbər saytlarının verdiyi məlumata görə, dünən axşam mərcei-təqlid Ayətullah Sistaninin Nəcəf şəhərindəki evinin qarşısında bomba partladılıb.
Bildirilir ki, naməlum şəxsin əldə hazırlanma bombanın mərcei-təqlidin evinə tərəf atması nəticəsində biri 9 yaşlı qız uşağı olmaqla iki iranlı zəvvar yaralanmışdır. Onlar dərhal xəstəxanaya qaldırılıblar. 40 yaşlı Hüseyn Hüseynzadə ağır yaralansa da xoşbəxtlikdən 9 yaşlı Mütəhhərə Mənsuri yüngül zədə almış və səhər saatlarında xəstəxananı tərk edib.