
Türkiyənin Bakıdakı səfirliyində təşkil olunmuş Zəfər Bayramında çıxış edən səfiri Erkan Özoral Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram münasibətilə təbrik məktubunu oxuyub.
Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, səfir sonda iki dövlət bir millət olaraq hər iki xalqın bayramını təbrik etdiyini deyib.
Tədbirə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Müdafiə naziri Zakir Həsənov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov və ictimai-siyasi xadimlər qatılıb.