
İlahiyyatçı alim Hacı Şahin Həsənlinin mənəvi rəhbərliyi və “Salam Tour”un təşkilatçılığı ilə bu il müqəddəs ziyarətgahlara - Məşhəd, Nəcəf, Kazimeyn, Samirra və Kərbəlaya təşkil edilən "Ərəfə" səfəri haqqında hazırlanmış “Cənnət ətri” adlı sənədli film təqdim olunub:
Azərbaycan zəvvarları Kərbəlanı əziz şəhidlərimizin şəkilləri əks olunan köynəklərdə ziyarət edirlər.Sanki Cənnətdən enən şəhidlərimiz bir-bir valideyinləri ilə birlikdə və onların yoluna sadiq gənclərin əhatəsində öz sərvərlərini ziyarət edirlər və onların cənnət ətri hər yanı bürüyür.
Film Rejissor Elçin Ağazadə tərfindən hazırlanıb.
Xatırladaq ki, ziyarət karvanına Qarabağ uğrunda döyüşlərdə şəhid olan igidlərimizin valideynləri və ailə üzvləri də qatılıb.