30 Avqust, 2019
Türkiyədə ölüm hökmü bərpa oluna bilər - Prezidentdən reaksiya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə edam cəzasının bərpa olunmasının mümkünlüyünü istisna etməyib.

Ahlibeyt.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə,R.T.Ərdoğan ölüm hökmünün bərpası ilə bağlı məsələyə müsbət yanaşdığını bildirib.

Türkiyə prezidenti qeyd edib ki, ölkə parlamenti ölüm hökmünün bərpası barədə qərar qəbul edərsə, bunu təsdiqləyəcək.

Qeyd edək ki, Türkiyədə edam cəzası 2001-ci ildə ləğv edilib. 1986-cı ildən ölkədə edam hökmü istifadə ediləyib.



Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9694.html