31 Mart, 2012
Tələblərimiz yerinə yetirilməyincə mübarizəyə davam!

Bəhreyn şiələrinin rəhbəri Ayətullah Şeyx İsa Qasim Bəhreyn xalqının tələbləri yerinə yetirlməyəcəyi təqdirdə mübarizəyə davam etməyə təkid edib.

Ayətullah Şexy İsa Qasim deyib ki, heç kəs Bəhreyn xalqının səsini batıra bilməyəcək və Bəhreyn xalqının səsi daim ucalacaqdır. Şeyx İsa Qasim ərəb dövlətləri başçılarının Bağdadda keçirilən iclasına toxunaraq deyib ki, həmin iclacda Bəhreyn böhranının müzakirə olunmaması Bəhreyn xalqına qarşı edilən zülmün davamıdır. Çünki Bəhreyn xalqının istəklərinin müzakirə edilməməsi xalqı əzənlərin cinayətlərini davam etdirmələrinə yaşıl işıq göstərir.

Şeyx İsa Qasim Ali Xəlifə rejiminə bir daha səslənərək deyib ki, əgər Bəhreyn xalqının haqlı tələbləri təmin olunmazsa, etiraz aksiyaları davam edəcəkdir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-969.html