
Suriya ordusu İdlib əyalətinin cənub-şərqində yerləşən Xavin qəsəbəsini bölgədəki radikal terror qruplaşmalarından geri alıb.
Ahlibeyt.az Suriya mətbuatına istinadla xəbər verir ki, ötən gecə ordu hava və artileriya zərbələrinin müşayiəti ilə İdlib əyalətinin cənub-şərqində yerləşən al-Xavin qəsəbəsini geri alıb və qəsəbə ətrafında yerləşən əkin sahələri də nəzarətə götürülüb.
Aparılan əməliyyatlar nəticəsində Təl-Əxbar,Əl-Taman və ətraf bir neçə qəsəbələr də azad edilib.Hazırda ordu hissələri və könüllülərdən ibarət silahlı birliklər Əl-Numan istiqamətdə irəliləməkdədir.
Bu, Suriya Ordusunun İdlibin cənubu və Həma əyalətinin şimalında Xan-Şeyxunu və ətrafını azad etməsindən sonra ilk irəliləyiş hesab edilir.