
Ayətullahul-Üzma Seyyid Əli Sistaninin nümayəndəsi mərcei-təqlidin İraqa qarşı tətbiq olunan sanksiyaların ləğv edilməsini istədiyini bildirib.
Ayətullah Əhməd əl-Safi Cümə günü Kərbəlada bildirib ki, Ayətullah Sistani deyib ki, bu sanksiyaların ləğvi İraqın inkişaf etməsi və xalqın rifah tapması üçün zəruridir.
Xatırladaq ki, BMT İraqın sabiq prezidenti Səddam Hüseynin hakimiyyəti illərində İraqa qarşı 70-ə yaxın sanksiya tətbiq edib ki, bu gün də həmin sanksiyalar hələ də qüvvədədir.