
Dünən Bəhreyndə daha bir nəfər inqilabçı şəhid edilib.
Dünən Cümə namazından sonra keçirilən etiraz aksiyaları zamanı paytaxt Manamanın yaxınlığındakı Səlimabad məntəqəsində 22 yaşlı Əhməd İsmayıl əs-Səmədi polisin açdığı atəş nəticəsində yaralanaraq xəstəxanaya yerləşdirilib. Amma onun həyatını xilas etmək mümkün olmayıb və o bu gün dünyasını dəyişib.
Əhməd İsmayılın şəhadətilə Bəhreyn şəhidlərinin sayı 81 nəfərə çatıb.