
Höccətulislam vəlmuslimin Məhəmmədhəsən Əxtəri Ümumdünya Əhli-Beyt(ə) Assambleyasının baş katibi vəzifəsini tək edib.
Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, şənbə İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei höccətulislam vəlmuslimin Reza Rəməzanini Ümumdünya Əhli-Beyt(ə) Assambleyasının (Məcmei Cahane Əhlibeyt) baş katibi təyin edib.
Bundan əvvəl uzun illər höccətulislam vəlmuslimin Məhəmmədhəsən Əxtəri bu postu tutub.
Ayətullah Xamenei ona uzun illər göstərdiyi xidmətlərə görə, təşəkkür edib.
Qeyd edək ki, bu təşkilat İranın İslam Dünyasında fəaliyyət göstərən ən böyük təbliğat təşkilatlarından biri sayılır.