26 Avqust, 2019
İran məktəblərində Azərbaycan dili tədris olunacaq

Cari tədris ilindən İranın Şərqi Azərbaycan vilayətinin orta ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisinə başlanılacaq.

Ahlibeyt.az Azərtac-a istinadən xəbər verir ki, 2017-ci ildə ikinci dəfə prezident seçilən Həsən Ruhani Təbrizdə yerli əhali ilə keçirdiyi seçkiqabağı görüşündə Şərqi Azərbaycan vilayətindəki məktəblərdə Azərbaycan dilinin tədris olunacağı barədə söz verib. Prezident seçicilərinə verdiyi sözü tutaraq Azərbaycan dilinin tədrisinə icazə verib.

Vilayətin rəhbəri Cəfər Paşai bildirib ki, Təhsil nazirinin əmrinə əsasən, orta məktəblərdə şagirdlərə həftədə 2 dəfə Azərbaycan dili tədris olunacaq.


 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9666.html