21 Avqust, 2019
Zəvvarların ilk qrupu Azərbaycana qayıdıb - FOTO

Azərbaycandan bu il Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu Vətənə dönüb.

Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, ilk qrupu gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. İlk qrupda 180 zəvvar Bakıya qayıdıb.

Bu gün axşam saatlarında daha bir qrupun geri qayıtması gözlənilir.

Bütün zəvvarların avqustun 25-dək Azərbaycana qayıtmaları planlaşdırılır.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edib.

1

1

1

1

1

1

1

 

 

 

Bütün hüquqlar qorunur  ©  Ahlibeyt.az

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9655.html