
Suriya ordusunun hərbçiləri "Cəbhat ən-Nüsrə" və "Ceyş əl-İzza" terrorçu qruplaşmaları ilə gedən gərgin döyüşlərdən sonra onların nəzarətində olan Xan-Şeyhun şəhərinə daxil olublar.
Ahlibeyt.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Suriya ordusundakı mənbələr bildirib.
Məlumata görə, ordu qüvvələri şəhərin şimal-qərbindəki nəzarət buraxılış məntəqəsinə nəzarəti ələ keçirib. Hazırda hərbçilər şimaldan və qərbdən terrorçu qüvvələrin döyüşçülərini mühasirəyə alıblar.
Qeyd olunur ki,böyük itkilər verən terrorçu birləşmələr bölgədəki mövqeləri tərk etməyə başlayıblar.