
Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına başlamağa hazırdır.
Ahlibeyt.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
O bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişindaşımaya başlanılmaması digər ölkələrlə əlaqədardır. Gürcüstan və Türkiyə tərəfləri bu xəttlə sərnişin qatarının işə düşməsinə hazır olduqdan sonra sərnişin daşımalarına başlanılacaq.