22 İyul, 2019
QMİ-dən Həcc ziyarəti ilə bağlı açıqlama

Azərbaycandan Həcc ziyarətinə getmək üçün kvotanın dolmasına 35 yer qalıb.

Ahlibeyt.az-ın məlumatına görə, bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) açıqlanma verilib.

Bildirilib ki, hazırda sənəd qəbulu davam edir.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota ayrılıb. Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Avqustun 1-dən 6-na qədər gediş, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönüş olacaq. Zəvvarlar bu il də ötən il olduğu kimi təyyarə ilə yola salınacaq.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9626.html