18 İyul, 2019
Çətinliklərin həlli üçün hansı duanı oxumaq faydalıdır?

Bir çətin işi həll etmək üçün hansı duanı oxumaq faydalıdır?

Çətin işi həll etmək, öz ehtiyacını Allahdan istəmək üçün müxtəlif dualar və əməllər vardır.Dua kitablarında sırf bu məqsədlə oxunması məsləhət görülən, məsumlardan rəvayət edilən dualar mövcuddur. Bacaran həmin duaları oxuya bilər.

Ümumilikdə isə, istəyin həyata keçməsi üçün niyyət edib 2 rükət namaz qılmaq, namazın qünutunda yaxud namazdan sonra ayətəl-kürsi oxumaq, Qədr surəsini tilavət etmək, Peyğəmbərə (s) və Əhli-beytinə (ə) çoxlu salavat söyləmək faydalıdır.

Allahın bəzi adlarını, məsələn, “ya Fəttah”, “ya Müğiys”, “ya Kərim” adlarını zikr etmək, Həzrət Hatimeyi-Zəhranın (ə) təsbihatını yerinə yetirmək də məsləhətdir. Çətin işi həll etmək üçün ehtiyaclı olanlara maddi yardım göstərmək, sədəqə vermək, oruc tutmaq da fayda verər.

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9623.html