5 İyul, 2019
“İndiyədək 10500-ə yaxın şəhidin 15500-dək vərəsəsinə birdəfəlik ödəmə verilib” - Nazir

“Prezident İlham Əliyevin sosial islahatlar proqramı nəticəsində Azərbaycanın sosial inkişafında davamlı irəliləyişlərlə xarakterizə olunan yeni keyfiyyət mərhələsinə keçildiyini göstərir və ölkədə sosial firavanlığın təminatı istiqamətində mühüm addımların gələcəkdə də davam edəcəyinə əminlik yaradır”.

Ahlibeyt.az “Report”a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, şəhid vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı 85,4 faiz icra olunub, yəni 12268 şəhiddən 10500-ə yaxın şəhidin 15500-dək vərəsəsi ödəmə ilə təmin edilib.

S.Babayev bildirib ki, bu il ərzində Azərbaycanda minimum pensiyanın məbləği ümumən 72,4 faiz artırılmaqla 116 manatdan 200 manata çatdırılacaq və bununla da minimum pensiya təqaüdçülər üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələmiş olacaq.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9616.html