1 İyul, 2019
İlahiyyat İnstitutunda ilk “Məzun günü” - Foto

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ilk “Məzun günü” keçirilib.

Ahlibeyt.az-ın məlumatına görə, Aİİ-dən Azərtac-a bildirilib ki, tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.

İnstitutun rektoru Ceyhun Məmmədov çıxışında ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından bəhs edib. O bildirib ki, ulu öndər Heydər Əliyev təhsilin inkişafına hər zaman xüsusi diqqət və qayğı göstərib və Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir, ölkədə təhsil sahəsində önəmli islahatlar həyata keçirilir.

Ceyhun Məmmədov Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində əlamətdar hadisə kimi vurğulayıb.

Rektor məzun adını qazanan gənclərə tövsiyələrini çatdıraraq deyib: “Uğura gedən yol daim axtarışda olmaq, çalışmaq və özünü inkişaf etdirməkdir. Böyük hədəflərə gedən yol məhz bu gündən başlayır. Biz hər zaman yanınızdayıq və sizə dəstək verməyə hazırıq”.

Aİİ-nin İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov qeyd edib ki, ölkəmizdə bilikli və bacarıqlı gənclərə daim ehtiyac var. İnanırıq ki, Aİİ-nin məzunları ölkəmizdə bu sahədə öz layiqli yerlərini tutacaqlar.

İnstitutun Tədris şöbəsinin müdiri Zərifə Əliyeva məzunlara təhsil aldıqları ali məktəbin adını daim uca tutmağı, həyat yollarında büdrəməməyi, ölkə üçün dəyərli vətəndaş, bacarıqlı mütəxəssis olmağı tövsiyə edib. Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova məzunları və onların valideynlərini əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Tələbələr çıxış edərək, Aİİ-nin məzunları olduqlarından qürur duyduqlarını vurğulayıb, müəllim kollektivinə təşəkkürlərini bildiriblər.

Sonda institutun elmi, mədəni və ictimai həyatında fəal iştirak etdiyinə, yüksək göstəricilərinə və nümunəvi davranışlarına görə fərqlənən məzunlara təşəkkürnamələr təqdim olunub.

1


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9609.html