
İndoneziyanın hüquq-mühafizə orqanları 16 il axtarışda olan “Camaa İslamiya” qruplaşmasının lideri Para Vicayantonu həbs edilib
Ahlibeyt.az-ın islam.az-a istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı yerli polis yayıb.
Para Vicayanto Bekasi şəhərindəki evində yaxalanıb. Evdə soyuq silah, radikal ədəbiyyat və videoyazılar tapılaraq müsadirə olunub. Digər detallar hələ ki açıqlanmır.
P.Vicayanto 2003-cü ildən axtarışda olub. İndoneziyanın hüquq-mühafizə orqanları onu bir sıra terror aktlarının təşkilində təqsirləndirir.
Qeyd edək ki,adı çəkilən terror qruplaşması yüzlərlə insanın ölümünə səbəb olmuş terror aktlaı törətmişlər.QruplaşmanınTailand,Malaziya və Filippində fəaliyyəti qeydə alınıb.