24 İyun, 2019
Gələn ay Bakıda Dünya İslam Kulinariya Konqresi keçiriləcək

İyulun 16-17-də Bakıda Dünya İslam Kulinariya Konqresi keçiriləcək.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat veriblər.

Məlumata görə, Dünya İslam Kulinariya Konqresi iyulun 16-17-də baş tutacaq. Konqresdə 25 İslam ölkəsinin iştirakı nəzərdə tutulur.

Konqres çərçivəsində Azərbaycan şirkətlərinin qida, avadanlıq və s. sektorları üzrə sərgisi təşkil olunacaq. AZPROMO sahibkarları sərgidə iştirak etməyə dəvət edir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9599.html