21 İyun, 2019
Mərkəzi Asiyanın ən böyük məscidi bu ölkədə tikilir

Tacikistanda Mərkəzi Asiyanın ən böyük məscidi inşa edilir.

Ahlibeyt.az Salamnews-a istinadən xəbər verir ki, məscidin layihəsini tacik və ərəb memarları hazırlayıb. Tikintidə tacik memarlıq üslubundan geniş istifadə olunur.

On iki hektar ərazidə yerləşən məsciddə 75 metr hündürlükdə dörd minarə, 47 metrlik baş günbəz və 20 kiçik günbəz olacaq. Məsciddə muzey, kitabxana, konfrans salonu, qadınlar və kişilər üçün tədris zalları fəaliyyət göstərəcək. Məscidin ümumi sahəsi 30 min kvadrat metr olacaq.

Hazırda tikintidə 300 tacik və xarici mütəxəssis çalışır. Layihənin qiyməti 100 milyon dollardır. Məsciddə eyni vaxtda 120 min dindar ibadət edə biləcək.

1

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9596.html