
Yaxın gələcəkdə kütləvi qırğın silahları ilə müqayisə oluna biləcək rəqəmsal terrorizm dövrü gəlir.
Ahlibeyt.az-ın məlumatına görə, FaktXəbər-in "RT" portalına istinadən verdiyi xəbərə əsasən, bu barədə Rusiyanın Təhlükəsizlik Şurasının katibinin müavini Yuri Kokov bildirib.
Onun sözlərinə görə, müsbət məqamlara baxmayaraq, internet özündə olduqca təhlükəli seqment gizlədir.
Kokov onu da vurğulayıb ki, qlobal şəbəkə terroçular üçün fərqli qüvvələri və aktivlərin idarəsi etmə mexanizminə çevrilib.
Qeyd edək ki, ekspretlərin hesablamalarına görə, bugünkü gündə terroçuların təxminən 30 minə yaxın sayt fəaliyyət göstərir.