29 Mart, 2012
Səudiyyə Ərəbistanında yaşayan şiələr "Azadlıq və Ədalət Koalisiyası" adlı birlik yaradırlar

SəudiyyəƏrəbistanının şərqində fəaliyyət göstərən "əl-Hərrak əl-Mətləbi" hərəkatı bütün şiə qurumlarının və cəmiyyətlərinin daxil olacağı koalisiya yaratmağı qərara alıblar.

Koalisiyanın adının "Azadlıq və Ədalət Koalisiyası" olacağını bildirən hərəkatın bəyanatında bildirilir ki, artıq bir neçə təşkilatlarla bu barədə razılığa da gəliblər. Koalisiyanın yaradılmasının şiələrin birlikdə fəaliyyət göstərmələrinə və bunun sayəsində müsbət nəticələrin əldə olunacağına inanan "əl-Hərrak əl-Mətləbi" hərəkatı özü artıq bir ildir ki, yaradılmışdır. Və məqsədi digər təşkilatlar kimi Səudiyyə Ərəbistanında yaşayan şiələrin digər vətəndaşlar kimi eyni hüquqa malik olmasını təmin etməkdir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-959.html