29 Mart, 2012
Səddam Hüseynin qəbri köçürülür

İraqın sabiq prezidenti Səddam Hüseynin mənsub olduğu qəbilənin başçısı Həsən əl-Nida bildirib ki, Səddam Hüseynin qəbri başqa yerə köçürüləcək.

Onun sözlərinə görə, bu xəbəri ona Səlahəddin vilayətinin polis idarəsinin rəisi bildirib. Polis rəisi bu işin tez bir zamanda həll ediləcəyini bildirib. Qəbilə başçısı həmçinin bildirib ki, sabiq prezidentin tərəfdarlarının buna etiraz edə biləcək ehtimalını nəzərə alan hökümət etirazların genişmiqyaslı olmaması üçün həll yollarını axtarır.

Xatırladaq ki, yanvar ayının 22-dən Səddam Hüseynin mavzoleyi hökümət tərəfindən qapadılıb və heç kəsin onu ziyarət edilməsinə icazə verilmir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-958.html