11 İyun, 2019
Millət vəkili: “Mən özüm də pirlərə gedirəm”

İnsan inanırsa, pirlərə gedəcək, sitayiş edəcək.

Ahlibeyt.az xəbər verir ki, bu sözləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov modern.az-a açıqlamasında deyib:

“Mən də uşaq vaxtı pirlərə getmişəm.  O boyda “İmamzadə”ni Heydər Əliyev Fondu təmir etdirdi, insanların ixtiyarına verdi. Son yayılan videoya baxmamışam, Goranboydakı həmin hadisədən xəbərim yoxdur. Amma ümumiyyətlə, pirlərə getmək ziyanlı deyil. İnsanlar bara, narkotik çəkməyə getmirlər ki, qoy ziyarətgahlara getsinlər.

Cəhalət isə tamam başqa bir şeydir. O insanın inamı var, bəlkə pirə gedib, özünə şəfa tapır. Biz onun qarşısını niyə alaq ki? Xristianlar kilsəyə gedirlər, oturub, kilsə rəhbərinin əlini öpürlər. Bir adam bunu cəhalət adlandırmır. Amma bizdə bir şey olan kimi deyirlər, cəhalətdir.

Bizdə Nardaran piri, Ətağanın qəbri(Mir Mövsüm Ağa ziyarətgahı-red) və s. var. Mən özüm gedirəm oralara. Mən insanam, bəlkə inancım həqiqət tapır. Bilirsiniz, insan bu yolla Allaha yaxınlaşır, hesab edir ki, orada dua etsə, Allaha daha yaxın olar. Allah birdir, hər şeyi ondan istəməlisən. Ora gedəndə nolar ki, bu adam oğurluq, quldurluq etmir. Buna baxmayaraq, 1-2 dələduz çıxır, yalandan nə isə hazırlayır, insanları cəlb edir. Bu, xurafatdır, tamam başqa məqamdır. Amma ziyarətgahlara getməyə niyə qadağa qoyulsun?"

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9576.html