
İnsan haqqları təşkilatlarının Suriyada hökümət əleyhinə vuruşanların insan haqlarını kobud şəkildə pozduqlarını bildirməsindən sonra deyəsən ABŞ da qeyrətə gəlib.
ABŞ Konqres qarşısında Suriyada baş verən hadisələri açıqlayan ABŞ-ın Suriyadakı səfiri Robert Ford Suriyada hökümət əleyhinə vuruşan silahlıların camaatla qeyri-insani rəftar etməsi barədə danışıb.
Əvvəlcə Bəşər Əsəd hökümətinin insan haqqlarını kobud surətdə pozmasından danışan səfir bəs müxalifət insan haqqlarına necə riayət edir sualına cavab olaraq deyib ki, orada da vəziyyət yaxşı deyil. Səfirin sözlərinə görə, onların ılində sübutlar vardır ki, silahlılar işgəncə verməklə məşğuldurlar.