10 İyun, 2019
Almaniyada iki məscidə qarşı vandalizm aktı

Almaniyada həftə sonu iki fərqli məscidə hücum edilib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu barədə "FaktXəbər" "Anadolu"  agentliyinə istinadən məlumat yayıb.

Məlumata görə, Almaniyanın Bremen şəhərindəki "Rəhman" məscidində təxminən 50 Quran cırılıb, Kasseldəki məscidə isə daşlarla hücum edilib.

Kassel şəhərindəki məscidin imamı verdiyi açıqlama zamanı bildirib ki, camaat namazı zamanı məscidə daşla hücum edilib.

Hadisə ilə bağlı polis araşdırmaya başlayıb.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9569.html