8 İyun, 2019
Taleh Boradigahi Azərbaycanda ilkə imza atıb (VİDEO)

Tanınmış Əhli - Beyt məddahı Taleh Boradigahi Azərbaycanda bir ilkə imza atıb. Belə ki, dini mövzuda animasiya klip çəkdirərək Ramazan bayramında uşaqlara hədiyyə edib.

Ahlibeyt.az xəbər verir ki, bu barədə "Simsar.az"-a məddah özü məlumat verib.

"Umid edirik ki, şirin, şəkər balalarımız bu klipə baxıb sevinər.  Mahnının sözlərində deyildiyi kimi yeməyə bismillahla başlayıb, əlhəmdülillahla bitirərlər" .

Qeyd edək ki, ekran işi uşaq psixoloqlarının məsləhəti ilə çəkilib. T.Boradigahinin sözlərinə görə bu mahnı uşaqların psixologiyasına müsbət təsir göstərəcək. Musiqisi Samir Şirinova, sözləri İkram Əliyevə məxsus olan mahnını Emin Əliyev ekranlaşdırıb.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9564.html