8 İyun, 2019
UNESCO Bakı Dövlət Universitetinin 100 illik yubileyini qeyd edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 14 noyabr tarixli Sərəncamı əsasında Bakı Dövlət Universitetinin 100 illik yubileyi geniş miqyasda qeyd olunur.

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi iyunun 12-də UNESCO-nun Parisdəki Baş Qərargahında beynəlxalq səviyyədə qeyd ediləcək. Bununla əlaqədar həmin gün rəsmi tədbir, sərgi və konsert təşkil olunacaq. Tədbirin rəsmi hissəsində BDU-nun 100 illik tarixini dolğun əks etdirən videoçarx göstəriləcək, tarixi və müasir şəkillərdən ibarət sərgi nümayiş etdiriləcək.

Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə, yubiley tədbirinə Təhsil Nazirliyi, BDU və Mədəniyyət Nazirliyinin yüksək səviyyəli nümayəndə heyəti, o cümlədən dəvətli qonaqlar qatılacaqlar.

Xatırladaq ki, UNESCO-nun İcraiyyə Şurası tərəfindən 2018-2019-cu illər üzrə yubileylər siyahısına Bakı Dövlət Universitetinin 100 illik yubileyinin qeyd edilməsi təklifi Baş Konfransın Parisdə keçirilən 39-cu sessiyasında müsbət dəyərləndirilib və bu il yubiley tədbirlərinin qeyd olunması qərara alınıb.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9562.html