6 İyun, 2019
Allahşükür Paşazadə: Təzəpir məscidinin ərazisi genişləndiriləcək

QMİ sədrinin sözlərinə görə, "Təzəpir" məscidinin ərazisinin genişlənməsi ölkə prezidenti İlham Əliyevin fikridir.

Ahlibeyt.az-ın Sputnik Azərbaycan-a istinadən məlumatına görə, bunu "Təzəpir" məscidindəki Ramazan bayramı namazından sonra jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

Paşazadənin sözlərinə görə, "Təzəpir" məscidinin ərazisinin genişlənməsi ölkə prezidenti İlham Əliyevin fikridir: "Bu barədə bu yaxınlarda elan veriləcək. Hazırda məsələ ilə bağlıiş aparılır. "Təzəpir" məscidinin ətrafı daha da genişləndiriləcək. Çünki bu məscid bizim mənəvi simvolumuzdur".




Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9559.html