5 İyun, 2019
Məşədi Dadaş məscidində möhtəşəm bayram namazı (VİDEO - FOTO)

İyunun 5-i ölkənin bütün məscidlərində olduğu kimi Məşədi Dadaş məscidində də Fitr bayramı təntənəli surətdə qeyd olunub.

İnanclıalr səhər saat 08:30-dan məscidə gələrək bayram təkbirlərini birgə zikr etdib. Daha sonra məscidin imamı Hacı Şahin Həsənlinin rəhbərliyi ilə camaatla birlikdə bayram namazı qılınıb.  Namazadan sonra ilahiyyatçı Fitr bayramının simvolizə etdiyi dəyər və prinsiplər, habelə geridə buraxılan müqəddəs Ramazan ayının mənəvi yükü barədə xütbə ilə çıxış edib. Sonda məscidə toplaşanlar birgə dualar etdilər.

Qeyd edək ki, iyunun 5-i Azərbaycan xalqı Ramazan bayramını qeyd edir.

Bayramınız mübarək!

 

VİDEO

 

 

 

FOTO














 




Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9558.html