1 İyun, 2019
İƏT Qüdsdə səfirlik açan ölkələrə qarşı “müvafiq tədbir”lər görməyə çağırıb

İƏT: Fələstinlilərin hüququnu tanımayan, lakin münaqişənin sülh yolu ilə həllini dəstəkləyən təkliflər qəbul edilməyəck

Ahlibeyt.az-ın məlumatına görə, ONA-nın İƏT-in saytına istinadən verdiyi xəbərə əsasən, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət və hökumət başçılarının XIV Zirvə toplantısının sonunda qəbul edilən yekun bəyannamədə qeyd olunub.

"İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması faktı da daxil olmaqla Fələstin ərazilərinin işğalını dəstəkləyən istənilən beynəlxalq təşkilatın mövqeyini qınayır.

Bəyannamədə bildirilib ki, İƏT Fələstin ərazilərində faktları dəyişdirən və “iki dövlət” həllini pozmağa yönələn bütün fəaliyyətlərə qarşıdır.

Təşkilat öz üzvlərini Qüdsdə səfirlik açan ölkələrə qarşı "müvafiq tədbirlər" görməyə çağırıb.

Bəyannamədə fələstinlilərin hüquqlarını tanımayan lakin münaqişənin sülh yolu ilə həllini dəstəkləyən təkliflərin qəbul edilməyəcəyi vurğulanıb.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9547.html