
Raçazan ayının sona çatması ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsi (QMİ) açıqlama verib.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) SalamNews-a verilən məlumata əsasən, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-i saat 08:00-da "Əjdərbəy" məscidində, saat 09:00-da isə "Təzə Pir" məscidində bayram namazı qılınacaq.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bayram namazına qatılacaq.
Qazilər Şurasının verdiyi fətvada qeyd olunur ki, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcək.
İyunun 5-i və 6-sı Azərbaycanda Ramazan bayramıdır.
Qeyd edək ki,bayram namazı ilə əlaqədar əlavə məlumat veriləcək