28 Mart, 2012
İngiltərədə antiislamçı partiya yaradılır

Böyük Britaniyada İslam dininin yayılması ilə mübarizə aparan ultrasağ müstəqil təşkilat olan İngiltərə Müdafiə Liqasının rəhbəri Stefan Lennon anti-islam partiya yaradacaqlarını açıqlayıb.

"Azadlıq partiyası" adlanan partiyanın may ayında fəaliyyətə başlayacağını bildirən Lennon Britaniya Milli Partiyasından fərqli olaraq əqidələrini irqçi əsaslar üzərində deyil, İslama qarşı olacağını deyib.

Qeyd edək ki, İML 2009-cu ildə yaradılmış təşkilatdır. Təşkilat ara-sıra yürüşlər keçirməklə İslam dininin Böyük Britaniyada yayılmasına etirazlar edir. Mətbuatın diqqətini isə təşkilat keçən il Norveçdə gənclər düşərgəsində terror hadisəsi törədən Anders Breyvikin istintaq zamanı ultrasağ təşkilatın liderləri ilə sıx təmasda olması xəbərindən sonra cəlb edib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-954.html