
Vahhabilərin tanınmı alimi Məhəmməd əl-Arifi BƏƏ-nin televiziya kanallarının birində çıxışı zamanı Məhəmməd(s) peyğəmbəri təhqir edib.
əl-Arifi İslamdan öncə və sonra şərab barədə danışarkən bildirib ki, şərab Allah tərəfindən qadağan olunmamışdan öncə, səhabələr peyğəmbərə(s) şərab hədiyyə etdilər. Və peyğəmbər(s) həmin şərabı ya satdı yaxud da başqasına hədiyyə etdi.
Daha sonra vahhabi alimi bildirib ki, şərab nəcis deyil. Çünki səhabələr məscidə gedən zaman küçələrə axıdılan şərabların üzərindən keçirdilər və əlbisələri də şəraba bulaşmış olurdu.