
Rəsulullah buyurur (s):
"Cənnət, hər il Ramazan ayının gəlişiylə bəzənib zinətlənər."
Ramazan ayının mübarək günlərini yaşayırıq.Əziz İslam peyğəmbəri həzrəti Məhəmməddən(s) nəql olunan bu ayın günlərinin savabları barədə bir hədisi hissə-hissə təddim edirik:
Səid ibni Cübeyr nəql edir - İbni Abbasdan soruşdum: Ramazan ayında oruc tutan və onun haqqını dərk edənə nə (mükafat) düşür?
- O dedi: Hazırlaş,ey ibni Cübeyr! Mən qulaqlarının eşitmədiyi və sənin qəlbinə daxil olmayan bir şeyi sənə danışacam.Özünü məndən istədiyin şey üçün azad et, çünki sən ilklərin və sonuncuların biliklərini istəmisən.
- Səid ibni Cübeyr dedi: O zaman mən onun yanından çıxdım və sabahki gün üçün hazırlaşdım.Səhər sübh çağı onun yanına getdim, sübh namazını qıldım və sonra söhbəti ona xatırlatdım.
-O,üzünü mənə tərəf çevirib dedi: Dediklərimi dinlə Allah Rəsulunun(səlləllahu əleyhi və alihi və səlləm) belə buyurduğunu eşitdim:
- "Əgər Ramazanda sizlər üçün nəyin olduğunu bilsəydiniz Allaha olan şükrünüz artardı -
"On altıncı günə görə,Allah sizə geyinəcəyiniz altmış libas və qəbirdən qalxdığınız zaman minəcəyiniz dəvə əta adəcək.Allah sizə qiyamət gününün istisindən qoruyacaq bulud göndərəcək" ...
Ardı var..
Mənbə: Şeyx Səduq - Səvəbul-Əmal və İqabul-Əmal(Əməllərin mükafat və cəzası)-Ramazan ayının fəzilətləri fəsli - hədis- 254)