
İranın Qərbi Aərbaycan əhalisinin Xubrəqan məclisindəki nümayəndəsi Ayətullah Əli Əkbər Qarabağı bu gün Qum şəhərində dünyasını dəyişib.
1936-cı ildə Urmiyədə anadan olmuş Ayətullah Qarabağı Əllamə Təbatəbai, Ayətullah Burucerdi, Ayətullah Ruhullah Xomeyni kimi böyük alimlərdən dərs almışdır. O, 1999-cu ildən Qərbi Azərbaycan camaatı tərəfindən Xübraqan məclisinə nümayəndə seçilmişdir.
Mərhumun cənazəsi dəfn olunmaq üçün Urmiyə şəhərinə yola salınacaq.
Allah rəhmət eləsin!