
Fəvvarələr meydanında tamamilə ödənişsiz iftar süfrəsi təşkil edilib.
Ahlibeyt.az-ın Realtv-yə istinadən verdiyi xəbərə görə,"Nargis" fondu qardaş ölkə Türkiyə Respublikasının səfirliyi ilə birgə "Qız Qalasından Kız Kulesinedək" xeyriyyə layihəsinə start verib.
Fondun məlumatında bildirilir:
"Layihə çərçivəsində "Nargis" fondu "Türk Hava Yolları", "MUSİAD", "Ziraat" bank və "145 Group"un dəstəyi ilə Fəvvarələr meydanında tamamilə ödənişsiz iftar süfrəsi təşkil edəcək.
İftar ardıcıl olaraq 15,16,17 may tarixlərində 3 gün davam edəcək. Allah dualarınızı qəbul etsin! Gəlin orucumuzu birgə açaq!".