13 May, 2019
Şri-Lankada terrorçularla əlaqəli müsəlman din xadimi həbs edilib

Şri-Lankda ötən ay yüzlərlə insanın ölümünə səbəb olan partlayışların təşkilatçısı olan terrorçularla əlaqədə şübhəli bilinən 60 yaşlı İslam ilahiyyatçısı Məhəmməd Əliyar həbs edilib.

Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə,"Reuters" agentliyinin məlumatında bildirilir ki,bu barədə ölkənin polis idarəsi açıqlama yayıb.

Əliyar ixtisasca ilahiyyatçıdır. O, Kattankudu şəhərində İslam Dini Mərkəzini təsis edib.

Qanun keşikçiləri hesab edirlər ki, Əliyar "Haşim" qruplaşmasının fəaliyyəti üçün maliyyə vəsaitlərinin köçürülməsində iştirak edib.

Şri-Lankada ölkə tarixinin ən iri silsilə terror aktları aprelin 21-də baş verib.Terror aktı nəticəsində zamanı ölənlərin sayı 290 nəfərə çatıb həmçinin 500-ə yaxın insan xəsarət alıb.Dünyasını dəyişənlər arasında 30 xarici ölkə vərəndaşı da olub.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9492.html