
Bəhreyn inqilabçıları kralın oğlu Nasir bin Həmədin bəhreynlilərə hücumlarda şəxsən iştirak etməsini sübut edən kadrları lentə alaraq internet səhifələrində yerləşdiriblər.
Bəhreyn kralının oğlu Nasir və Xalidin həbs olunan inqilabçılara işgəncə verməsi məlumatı artıq bir neçə dəfə inqilabçılar tərəfindən bildirilmişdi. Hətta Nasir bin Həmədin Hüccətül-İslam Şeyx Məhəmməd Həbib əl-Miqdadın dindirilməsi zamanı ona işgəncə etməsi Şeyx Miqdadın özü tərəfindən məhkəmə zamanı açıqlanmışdı. Amma hökümət rəsmiləri bunu həmişə danırdılar. Son görüntülər isə inqilabçılrın sözlərinin həqiqət olmasına bariz sübutdur.