
Türkiyənin iki böyük müxalifət partiyaları MHP və CHP Türkiyə ordusunun Əfqanıstandan çıxarılmasını, həmçinin ordunun Suriya məsələlərinə müdaxilə etməməsini istəyib.
Milliyyətçi Hərəkət Partiyasının sədri Dövlət Baxçalı 12 türk əsgərinin Əfqanıstanda həlak olmasından sonra hökümətdən türk hərbçilərinin Əfqanıstanda olmalarına yenidən baxılmasını istəyib. Eyni zamanda Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu da Türkiyə ordusunun Qərbin istəyi əsasında Suriyaya müdaxilə etməsinə qarşı olduğunu bildirərək höküməti bu işi görməməyə səsləyib.