
İŞİD terror təşkilatı Riyadın şimalında, əl-Zülfü əyalətində təşkil edilən terror hücumunun məsuliyyətini öz üzərinə götürüb.
Ahlibeyt.az-ın İslamazeri.com-a istinadən verdiyi xəbərə görə, təşkilatın "Amaq" xəbər saytı bir açıqlama verərək, sözügedən terror hücumunu Səudiyyə Ərəbistanı torpaqlarında təşkilatın 4 üzvünün reallaşdırdığını bildirib.
S. Ərəbistanı təhlükəsizlik təşkilatı mətbuat katibi bazar günü 4 silahlının paytaxt ər-Riyadın şimalında yerləşən əl-Zülfü bölgəsində bir təhlükəsizlik mərkəzinə hücum təşkil etdiklərini bildirib.
Xəbərdə, hücumu reallaşdıran hər 4 terrorçunun zərərsizləşdirildiyi, baş verən qarşıdurmada təhlükəsizlik qüvvələrindən də üç nəfərin yaralandığı ifadə edilib.