
Pakistanın baş naziri İmran Xan İrana səfəri çərçivəsində Məşhəd şəhərində müsəlmanların səkkizinci imamı həzrət Rzanın (ə) məqbərəsini ziyarət edib.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Salamnews İRNA-a istinadla xəbər verir ki, İmran Xan İran səfərini Məşhəd şəhərindən başlayıb.
Pakistan baş nazirini Məşhədin qubernatoru, İmam Rza (ə) Ziyarətgahı Kompleksinin rəhbəri və sair rəsmilər qarşılayıblar.
Məşhəddə İmam Rzanın (ə) ziyarətgahını ziyarət etdikdən sonra İmran Xan Tehrana yola düşüb.



