
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı aprelin 24-də Ağcabədi, Tərtər, Ağdam və Laçın rayonlarının sakinlərini qəbul edəcək.
Ahlibeyt.az-ın Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, qəbul Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının inzibati binasında (Ağcabədi şəhəri, H.Əliyev pr, 213A) saat 11:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Əlizadə Nəcəfov
Əlaqə vasitələri:
Mob: (050) 315-53-52
Telefon: 021 275 52 00
Elektron poçt ünvanları:
chairman@scwra.gov.az
info@scwra.gov.az
dk-agcabedi@scwra.gov.az