9 Aprel, 2019
Qırğızıstan üləmalar şurasından plastik əməliyyatlarla bağlı fətfa

Qırğızıstan Ruahillər İdarəsi Üləmalar Şurası plastik əməliyyatlarla bağlı fətfa verib. Belə ki, sağlamlıqla bağlı ciddi problem olmadığı təqdirdə plastik əməliyyat etdirmək və onun marketinqi ilə məşğul olmaq haram elan olunub.

Ahlibeyt.az-ın məlumatına görə,bu barədə müftiliyin rəsmi mətbuat orqanı məlumat yayıb.

Dini idarə tərəfindən müsəlmanların gündəlik həyatını tənzimləyəcək 3 şəriət qaydası müəyyənləşdirilib.

Yeni qaydalara şəbəkə marketinqi,plastik əməliyyatlar və peyvəndlərlə bağlı məsələlər daxil edilib.

“Nəzərə alsaq ki, şəbəkə marketinqində biznesin aparılması üçün yüksək risklər mövcuddur və o şəriət qaydasıyla  bizneslə məşğul olmağa imkan vermir, şəbəkə marketinqini haram hesab edirik”, - deyə müftilikdən bildirib.

“Plastik əməliyyatlara gəlincə, anadangəlmə əlilliyin və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması üçün əməliyyatlar halal, gözəllik naminə edilən əməliyyatlar haram  hesab olunsun.

Peyvəndləmə məsələsinə gəlincə, müsəlmanlar idarəsi bu məsələni hər kəsin öz ixtiyarına buraxır ”, - deyə Müsəlmanlar İdarəsindən bildirilib.

Qeyd edilib ki,bu qaydaların pozulması ilə bağlı qanunda heç inzibati cəza qanunu nəzərdə tutulmayıb.Qırğızıstan dünyavi ölkədir və şəriət qaydalarının pozulması hallarına görə yalnız dini və ictimai qınaq oluna bilər.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9437.html