9 Aprel, 2019
İslam Həmrəyliyi İdman Federasiyasının yeni prezidenti müəyyənləşib

Növbəti 4 il müddətinə İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) yeni prezidenti müəyyənləşib.

Ahlibeyt.az Salamnews-a istinadən  xəbər verir ki, bu barədə qurumun və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə “facebook” səhifəsində yazıb.

İHİF-in Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Baş Assambleyasında baş tutan prezident seçkisində şahzadə Abdulaziz bin Turki al-Faysal rəhbər posta seçilib. O, 4 il müddətində bu vəzifəni tutacaq.

Qeyd edək ki, bir müddət əvvəl Turki bin Abdulmohsen bin Abdul Latif əl-Şeyx İHİF-in prezidenti postundan istefa verib.

1

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-9436.html